Tehranın cümə namazının dönəm başqanı Məhəmməd İmami Kaşani namaz xütbəsindəki çıxışında Səudiyyə Ərəbistanı ilə Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.
Axar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ər-Riyada səfərinə və bölgənin mövcud durumuna toxunan axund İmami Kaşani regiondakı müsəlman millətləri Səudiyyə Ərəbistanı hökumətinə qarşı ayağa qalxaraq onu yıxmağa çağırıb:
“Səudiyyə hökuməti cinayət törətmək istəyir. Belə olan halda müsəlman millətlər ona qarşı üsyan etməlidir. Axı bu necə bir vəziyyətdir ki, Tramp bölgəyə səfər edir, Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşür, öz ölkəsinə qayıdarkən isə deyir ki, biz sərmayələrimizin bir hissəsini Amerikaya qaytardıq. Halbuki bu sərmayə onların deyil. Bu, Səudiyyə Ərəbistanı millətindən oğurlanmış pullardır. Səudiyyə hökuməti isə Amerikanın nökəridir”.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei də mayın 27-də Ramazan münasibətilə “Quran” qariləri ilə görüşərək, Səudiyyə hökumətinə və onun rəhbərlərinə qarşı çox sərt bəyanatlar səsləndirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB