ABŞ diplomatı Şimali Koreyanı hədələdi

ABŞ diplomatı Şimali Koreyanı hədələdi

Şimali Koreya anlamalıdır ki, dünya heç zaman onların nüvə silahı sınaqlarına xoş münasibət bəsləməyəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib. O, ABŞ-ın daimi olaraq Şimali Koreyanın nüvə silahı fəaliyyətinə qarşı iş aparacağını bildirib. Qeyd edək ki, ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə