Litva sərhədini keçmək istəyən Rusiyanın 4 hərbçisi geri qaytarılıb. Axar.az xəbər verir ki, bu barədə məlumat verən Litva Sərhəd Xidmətinin nümayəndəsi Gedryus Mişutis hərbçilərin Kalininqraddan Moskvaya gedən qatarda olduqlarını bildirib.
“Yoxlama zamanı Rusiyanın 4 hərbçisi mülki geyimdə bir kupedə olub. Litva sərhədini keçmək istəyən 4 və daha çox hərbçidən ibarət qrup hərbi tağım sayılır. Onlar tranzit keçmək üçün xüsusi icazə almalıdırlar”, - Mişutis qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB