Tayvanda güclü daşqınlar

Tayvanda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində avtomobil yolları və yaşayış evləri su altında qalıb. Xilasedicilər təbii fəlakətdən ən çox zərər çəkən bölgələrin əhalisini təxliyə etməyə başlayıb.

Interfax informasiya agentliyi xəbər verir ki, həmçinin daşqınlar səbəbindən 170-dən artıq aviareys ləğv olunub və ya təxirə salınıb. Ölkənin bəzi şəhərlərində məktəblər və uşaq bağçaları bağlanıb. Bundan başqa, təbii fəlakət Sinbey şəhərində avtomobil körpüsünün qismən dağılmasına səbəb olub.

Son məlumata əsasən, daşqınlar azı bir nəfərin həyatına son qoyub. Ölkədə güclü yağışların iyunun 5-dək davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə