Manilada baş verən yanğında ölənlərin sayı 36-ya çatıb

Manilada baş verən yanğında ölənlərin sayı 36-ya çatıb

Manilada otel kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 36 nəfər çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə polis rəisi Oskar Albayalde məlumat verib. Ümumilikdə otelə edilən hücum nəticəsində 50 nəfər zərər çəkib.

Polisin məlumatına görə, tüfənglə silahlanmış cinayətkar “Resorts World Manila” otel kompleksinə hücum edərək kazinonu qarət etməyə cəhd edib. Kazinoya daxil olan qarətçi zaldakı oyun masalarına od vurub, nəticədə binada güclü yanğın baş verib. Təcavüzkar isə intihar edib.

Qeyd edək ki, bundan öncə 34 nəfərin öldüyü deyilirdi. Ölüm səbəbi kimi boğulma göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə