Erməni əsgəri asılmış vəziyyətdə tapılıb

Ermənistan hərbçisi, 1981-ci il təvəllüdlü David Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.
Erməni əsgəri asılmış vəziyyətdə tapılıb

Report-un verdiyi xəbərə görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, hadisə yerindən məktub tapılıb. Fakt üzrə cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə