ABŞ-ın sabiq prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel prezidentlik müddəti başa çatdıqdan sonra Vaşinqtonun nüfuzlu rayonunda kirayə götürdükləri evi 8,1 milyon dollara satın alıblar. CNN telekanalının yaydığı məlumata görə, sabiq prezidentin aldığı evdə 9 yataq otağı və 8 hamam var.
Bir qədər əvvəl Barak Obama qızı Saşa məktəbi bitirənə qədər Vaşinqtonda qalacağını demişdi. Buna isə hələ iki il var.
Xatırladaq ki, Barak Obama 2009-2017-ci illərdə ABŞ Prezidenti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB