Ərdoğan dünya ölkələrinə səslənib

Ərdoğan dünya ölkələrinə səslənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 illik fasilədən sonra bu gün ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiya iclasında çıxış edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1007 gün sonra ilk dəfə AKP sədri qismində çıxış edən Ərdoğan FETÖ ilə mübarizə mövzusunda dünya ölkələrinə səslənib: "Əgər siz tələb etdiyimiz şəxsləri ekstradisiya etmək məsələsində bizə kömək etməsəniz, sabah siz də bizim əlimizə düşənləri bizdən ala bilməyəcəksiniz. Çünki terrorla mübarizədə beynəlxalq razılaşmalar icra edilməlidir. Bunları vətəndaşlıqdan da çıxaracağıq. Onları ekstradisiya etməsəniz, bizdən də eyni cavabı alacaqsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə