Moskvada fırtına 11 ölü, 150 yaralı

Moskvada fırtına 11 ölü, 150 yaralı

Moskvada güclü fırtına ən azı 11 nəfərin həyatını almaqla yanaşı, bir sıra dağıntılar törədib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, fırtına nəticəsində 100-lərlə ağac qırılıb, avtomobillərə və ictimai nəqliyyatın nərəkətinə ciddi ziyan dəyib. Hadisə nəticəsində 150 nəfər insan xəstəxanalara yerləşdirilib. Onlardan 108 nəfəri hələ də xəstəxanadadır. Lakin 8 nəfərin vəziyyəti daha ağırdır. Zərərçəkənlərdən 22-si isə uşaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə