Rusiya aktiv bir şəkildə ölkəmizin daxili işlərinə qarışır. Axar.az xəbər verir ki, bu sözləri Monteneqro Xarici İşlər naziri Sercan Darmanoviç bildirib. O qeyd edib ki, Rusiya Monteneqronun NATO-ya qoşulmasına əngəl yaratmağa çalışır: "Bizim NATO-ya üzvlüyümüz heç kimə, həmçinin Rusiyaya qarşı yönəlməyib. Üçüncü tərəfin bizim harada olacağımıza qərar verməsi ilə də razılaşa bilmərik".
Qeyd edək ki, Monteneqro NATO-ya iyunun 5-də rəsmi üzv olacaq. Bununla, NATO üzvü ölkələrin saytı 29-a çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB