Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus Mirage-2000 tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Publika.az xəbər verir ki, qəza Əyriboğaz yarımadasının (Eyvia) şimalında yerləşən Skopelos adası yaxınlığında baş verib.
Yunanıstan mediasının məlumatına görə, təyyarə təlim uçuşu zamanı motorunda yaranan texniki nasazlığa görə qəzaya uğrayıb. Avtomotik tullama sistemindən istifadə edən pilot xilas ola bilib. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB