Yunanıstanın keçmiş baş naziri 99 yaşında öldü

Yunanıstanın keçmiş baş naziri 99 yaşında öldü

Yunanıstanın keçmiş baş naziri Konstantin Miçotakis 99 yaşında həyatını itirib. Axar.az xəbər verir ki, Miçotakis ötən gecə saat 03:00-da keçinib.

Qeyd edək ki, Yeni Demokratiya Partiyasının rəhbəri Kiryakos Miçotakis və keçmiş xarici işlər naziri Dora Bakoyanninin atası olan Miçotakis 1990-1993-ci illərdə Yunanıstan Baş naziri vəzifəsini daşıyıb.

Yunanıstanın görkəmli siyasət və dövlət xadimi Eleftherios Venizelosun da qohumu olan Miçotakis 1967-ci ildə hərbi xunta tərəfindən həbs olunmuş, lakin daha sonra Türkiyəyə qaçmışdı. Yunanıstan parlamentində uzun illər xidmət edən Miçotakis 1974-ci ildə ölkəsinə qayıdana qədər sürgündə yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə