Mançesterdə partlayış törətmiş terrorçunun kiçik qardaşı BMT-nin Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsd hazırlayıbmış.
Haşim Abedi və iştirak etdiyi terror qruplaşması BMT missiyasının rəhbəri Martin Koblerə onun 2017-ci ilin əvvəlində Tripoliyə səfəri zamanı hücum etməli idi. Hüquq-mühafizə orqanları bir neçə ay Abedini izləyib və terrorun qarşısını almaq mümkün olub. Haşim Abedi Mançesterdəki qardaşından gələn 3,2 min dolları almaq üçün banka gedərkən həbs olunub. Hazırda Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin əməkdaşları Liviyada təhqiqatlar aparırlar.
Qeyd edək ki, mayın 22-də Mançesterdə konsert zalında baş verən partlayışda 22 nəfər ölüb, 66 nəfər yaralanıb. Ölənlərin 12-si uşaq olub, 23 yaralının vəziyyəti ağır qiymətləndirilir. Partlayışı terrorçu-kamikadze törədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB