Bu günü ABŞ-ın Missisipi ştatında atışma nəticəsində 8 nəfər ölüb. Öldürülənlərdən biri yerli polis rəisinin müavinidir. "Anadolu" xəbər verir ki, hadisə Linkoln dairəsində baş verib.
Missisipi istintaq bürosunun sözçüsü Uorren Strain açıqlamasında üç fərqli evə silahlı hücum edildiyini bildirib. Onun sözlərinə görə, Corby Godbolt adlı cinayətkar saxlanılıb.
Təcavüzkar tutduqdan sonra yerli mediaya verdiyi bəyanatda kədərli olduğunu və etdiklərindən sonra yaşamağı haqq etmədiyini deyib. Cinayətkar mərmisinin bitdiyini və canlı ələ keçiriləcəyini düşünmədiyini söyləyib.
Hazırda cinayətin motivi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB