Türkiyə Hərbi Hava Qüvvələri anti-terror əməliyyatı çərçivəsində Van əyalətində 10 PKK terrorçusunu məhv edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların yeri pilotsuz uçuş aparatları vasitəsilə təyin edilib. Əməliyyatda F-16 qırıcı təyyarələri iştirak edib.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB