Filippində 19 dinc sakin öldürülüb

Filippində 19 dinc sakin öldürülüb

Filippində İŞİD terror qruplaşmasını dəstəkləyən silahlılar 19 dinc sakini öldürüb. Hökumət qüvvələri ilə terrorçular arasında baş verən toqquşmalarda ümumilikdə 85 nəfər həlak olub. Bu barədə RİA Novosti France Press agentliyinə istinadla məlumat yayıb.

Filippinin hökumət rəsmilərinin məlumatına görə, dinc sakinlərin öldürülməsi halı Maravi şəhərində baş verib. Məhz bu ərazidə hazırda toqquşmalar davam edir. Həlak olanlar arasında 3 qadın və bir uşaq var. Meyitlər hərbçilər tərəfindən şəhərdəki universitet yaxınlığında tapılıb.

Qeyd edək ki, Filippin prezidenti Rodriqo Duterte mayın 24-ü hərbçilər və İŞİD terror qruplaşmasını dəstəkləyən terrorçular arasında silahlı toqquşmalardan sonra Mindanao əyalətində hərbi vəziyyət elan edib. Bu müddət ərzində 13 silahlı öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə