Türkiyədə 24 aprel-22 may tarixləri arasında keçirilmiş antiterror əməliyyatlarında 178 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkə daxilində terror təşkilatları və cinayət şəbəkələri ilə mübarizə fasiləsiz və qətiyyətli şəkildə davam etdirilir. Bu çərçivədə təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı 2020 əməliyyat təşkil edib. Əməliyyatlarda təşkilata kömək və dəstək göstərməkdə şübhəli bilinən 792 şəxs saxlanılıb.
Əməliyyatlarda 108-i ölü, 34-ü sağ, 36-sı təslim olmaqla ümumilikdə 178 terrorçu zərərsizləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB