Yunanıstanda məktəbli avtobusu aşıb, 14 nəfər xəsarət alıb

Yunanıstanda məktəbli avtobusu aşıb, 14 nəfər xəsarət alıb

Yunanıstanın şimalında içində 40 sərnişinin, o cümlədən müəllim və şagirdlərin olduğu avtobus qəza törədib. On dörd nəfər müxtəlif növ xəsarət alıb.

Məktəbliləri Aleksandropolis şəhərinə ekskursiyaya aparan avtobusun sürücüsü qarşısına çıxan yük maşını ilə toqquşmaqdan yayınmağa çalışarkən avtobus aşıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Yük maşının sürücüsü hadisə yerindən qaçıb.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə