Kişinyov şəhərinin meri korrupsiyaya görə saxlanıldı

Kişinyov şəhərinin meri korrupsiyaya görə saxlanıldı

Moldova paytaxtı Kişinyov şəhərinin meri Dorin Kirtoake Milli Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları və prokurorlar tərəfindən saxlanılıb. Bu barədə "RİA Novosti"yə Milli Korrupsiya ilə Mübarizə İdarəsinin mətbuat katibi Anjela Starinski bildirib. "Kişinyov meri ödənişli dayanacaqlarla bağlı iş üzrə saxlanılıb", - deyə Starinski bildirib.

Kirtoake xidməti otağından çıxarılarkən jurnalistlərə insidentə əlaqədar hələlik heç bir bəyanat verməyəcəyini bildirib: "Hələlik heç bir bəyanat vermək niyyətində deyiləm", - deyə mer bildirib. Kirtoakenin bir neçə tərəfdaşı Milli Korrupsiya ilə Mübarizə İdarəsinin qarşısına toplaşaraq etirazını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə