Yunanıstanın sabiq Baş naziri Lukas Papadimosun avtomobilində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb. Papadimos xəstəxanadadır. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir. Polisin məlumatına görə, avtomobildə minalanmış paket partlayıb. Sabiq Baş naziri müşayiət edən 3 nəfər də yaralanıb. Newsit.gr xəbər verir ki, hadisə terror aktı ola bilər. Partlayış sabiq Baş nazirin hansısa paketi açdığı zaman baş verib.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB