Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Donald Task və Aİ Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş Aİ Şurasının binasında mətbuata qapalı keçirilib. Bir saat davam etmiş görüşdə Türkiyə-Aİ əlaqələrindəki son vəziyyət və əlaqələrin inkişafına dair atılacaq addımlar müzakirə edilib.
Ərdoğan Donald Task və Jan-Klod Yunkerlə görüşündən sonra Avropa Parlamentinin (AP) prezidenti Antonio Tacani ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB