İŞİD-in “hərbi naziri” öldürülüb

İŞİD-in “hərbi naziri” öldürülüb

Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərinin şərqində apardığı əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının "hərbi naziri" Əbu Musab əl-Masrini qətlə yetirib. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. Interfax informasiya agentliyi xəbər verir ki, məlumatda əl-Masri ilə birgə qruplaşmanın 12 nüfuzlu nümayəndəsinin də məhv edildiyi bildirilir. Lakin əməliyyatın vaxtı və dəqiq məkanı barədə heç bir informasiya verilmir.

Qeyd edək ki, 2016-cı ilin mart ayında İŞİD qruplaşmasının Pentaqonda "müharibə naziri" adlandırılan ən nüfuzlu liderlərindən biri – Əbu Ömər əş-Şişani qətlə yetirilmişdi. Əsl adı Tarxan Batiraşvili olan səhra komandirinin öldürülməsi ABŞ-ın qruplaşma ilə mübarizədə əsas uğurlarından biri sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə