İlk xarici səfər turuna çıxmış ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında Vatikana gəlib. O, ilk dəfə Roma Papası ilə görüşəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Roma Papası Fransisklə görüş səhər saat 08.30-a nəzərdə tutulub.
Səfər proqramına əsasən, Tramp və həyat yoldaşı əvvəlcə Roma papası Fransisk tərəfindən qəbul ediləcəklər, daha sonra görüşə ABŞ nümayəndə heyəti qoşulacaq. Bundan sonra ABŞ Prezidenti Vatikan dövlət katibi Kardinal Pyetro Parolinlə görüş keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB