Ticarət mərkəzində partlayış insanlar təxliyə olunub

Ticarət mərkəzində partlayış insanlar təxliyə olunub

İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib. SİA-nın xəbərinə görə, hadisə nəticəsində onlarla insan binanı tərk ediblər.

Məlumata görə, "Arndale" ticarət mərkəzi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Hətta polisin bir nəfəri saxladığı da deyilir.

Qeyd edək ki, mayın 23-nə keçən gecə "Manchester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə