Moskva: "Con Makkeyn əxlaq çərçivəsini aşır"

Moskva: "Con Makkeyn əxlaq çərçivəsini aşır"

"Amerikalı senator Con Makkeyn öz davranışları ilə əxlaq çərçivəsini aşır." Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Tanrıya çox şükür ki, bu "alicənab" şəxs ABŞ-ın xarici siyasətini müəyyənləşdirmir. Bu səbəbdən onun təhqiramiz fikirlərini böyüdən deyilik. Bu açıqlama ABŞ-Rusiya əlaqələrinə təsir etməz", - Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya əleyhdarı kimi tanınan Makkeyn bu ölkənin XİN rəhbəri Sergey Lavrovu Prezident Vladimir Putinə eyhamla "qatilin qulluqçusu" adlandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə