Yaponiyada anomal istilər 450 sakinin hospitallaşdırılmasına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, havanın istiliyi artıq 30 dərəcəni keçib. Hansı ki, bu temperatur Yaponiya üçün yalnız iyul və avqust ayları üçün xarakterikdir.
Yaponiyanın Meteorologiya Xidməti hətta xüsusi mobil proqramın tətbiqinə başlayıb. Belə ki, həmin proqram vasitəsilə gün vurmadan qorunmaq üçün məsləhətlər almaq mümkündür. Təkcə mayın 21-də 29 nəfər gün vurma səbəbi ilə hospitallaşdırılıb.
Qeyd edək ki, ötən il Yaponiyada anomal istilərə görə 100 nəfərdən çox insan həlak olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB