Everestdə 3 alpinist ölüb

Yer kürəsinin ən yüksək nöqtəsi olan Everestdə 3 alpinist ölüb, bir nəfərin isə itkin düşdüyü deyilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölənlər ABŞ, Avstraliya və Slovakiya vətəndaşları olublar. Amerikalı alpinist Roland Yervud 2015-ci ildə Everestdə zəlzələ və uçqunla üz-üzə gəlsə də, 2017-ci ildə yenidən ən yüksək nöqtəni fəth etmək qərarına gəlir. Lakin bu istək onun ölümü ilə nəticələnir. Slovak Vladimir Ştrba da ötən gün dünyasını dəyişib. Üçüncü qurban isə avstraliyalı alpinist Françesko Enriko Marçetti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə