Binəli Yıldırım bu gün Gürcüstana gedəcək

Binəli Yıldırım bu gün Gürcüstana gedəcək

Türkiyə Baş naziri Binəli Yıldırım Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mayın 22-23-də keçiriləcək ikinci toplantısında iştirak etmək üçün Gürcüstana gecədək.

Axar.az xəbər verir ki, toplantıda 2016-cı ildə Ankarada keçirilən birinci görüşdə əldə edilən razılaşmalar yenidən nəzərdən keçiriləcək, yeni əməkdaşlıq imkanları və regional məsələlərlə bağlı müzakirələr aparılacaq. Yıldırım səfər zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili və türk iş adamları ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə