Donald Tramp kubalıları təbrik edib

Donald Tramp kubalıları təbrik edib

ABŞ Prezidenti Donald Tramp Kuba dövlətini və birləşmiş ştatlarda fəaliyyət göstərən bu ölkənin diasporunu Müstəqillik Günü münasibətilə təbrik edib. "RİA Novosti" agentliyi xəbər verir ki, Donald Tramp yazılı təbrikində amerikalıların və kubalıların azadlıq, ləyaqət və özünüidarə prinsiplərinə sadiqliyini bölüşdüyünü bildirib.

ABŞ Prezidenti ölkəsində yaşayan kubalıların ədəbiyyatda, incəsənətdə, idman və biznes sahələrində, məhkəmə sistemində, həmçinin Konqres, Prezident Administrasiyası və hərbi qurumlarda nailiyyətlərini qeyd edib. Xatırladaq ki, müstəqil Kuba Respublikası 1902-ci ildə elan edilib və mayın 20-si Kubada Müstəqillik Günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə