Almanyada bomba həyəcanı yaşanıb

Almanyada bomba həyəcanı yaşanıb

Almanyanın Hamm şəhərində ticarət mərkəzlərindən birində bomba həyəcanı yaşanıb. Axar.az xəbər verir ki, şəhər polisinin nümayəndəsi Kristofer Qrauvink naməlum məktubda ticarət mərkəzində bomba yerləşdirildiyi barədə xəbərdarlığın qeyd edildiyini bildirib.

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım maşınları cəlb edilib. Ticarət mərkəzi tamamilə polisin nəzarəti altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə