ABŞ-ın Los-Anceles şəhərindən havaya qalxan Airbus-321 təyyarəsində türk sərnişin özünü qaydalara uyğun aparmaması səbəbindən polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, ekipaj Anıl U. adlı 25 yaşlı sərnişinin sərxoş vəziyyətdə hamam dəsmalı ilə təyyarənin ön tərəfində dayandığının fərqinə varıb.
Edilən xəbərdarlıqlara məhəl qoymayan sərnişin təyyarənin qapısına müdaxilə etməyə başlayıb. Daha sonra ekipaj nümayəndələrinin və bəzi sərnişinlərin yardımı ilə Anıl.U qandalla oturacağa bərkidilib. Ekipajın olay barədə dispetçerə məlumat verməsindən sonra Havay adasından dərhal 2 F-16 təyyarəsi hava qalxıb və sözügedən sərnişin təyarəsini izləməyə başlayıb. Təyyarə eniş etdikdən sonra türk sərnişin polis tərəfindən saxlanılıb və haqqında araşdırma başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB