İndoneziyada bərə yanıb

İndoneziyada bərənin yanması nəticəsində azı 3 nəfər ölüb, 84 nəfərin taleyi barədə isə hələlik məlumat yoxdur. RİA Novosti agentliyi xəbər verir ki, yanğın baş verən bərədə ümumilikdə 178 sərnişin olub. Onlardan 91 nəfəri xilas edilib. Digər 84 sərnişinin taleyi isə qaranlıq qalır. Hadisə gəmi Yava adasından Borneo adasına gedərkən baş verib.

Hazırda itkin düşənlərin axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə