Pentaqon rəhbəri: "Suriyada İran qüvvələri hədəfə alınıb"

Pentaqon rəhbəri: "Suriyada İran qüvvələri hədəfə alınıb"

"ABŞ-ın hərbi təyyarələri Suriyada İranın başçılıq etdiyi qüvvələri hədəf alıb." Bu fikirləri Pentaqon rəhbəri Cemys Mettis mətbuat konfrasında deyib. Nazir onu da əlavə edib ki, Rusiya hadisəni önləməyə çalışıb:

"İranın başçılıq etdiyi qüvvələrin manevrlərindən sonra tərəfimizdən təxirəsalınmaz müdafiə tədbirləri görüldü. İranlıların özlərinin orada olub-olmadığını bilmirəm. Bu qüvvələr həmin zonada atışmaların qarşısını almaq üçün yerləşdirilmişdi. Biz hesab edirik ki, iranlılar rusların tövsiyəsi ilə həmin əraziyə gəliblər. Bəlkə də ruslar iranlıları fikirlərindən daşındırmaq istəyiblər. Onu dəqiq deyə bilmərəm".

Qeyd edək ki, dünən Suriya dövlət televiziyası ABŞ-ın Suriyanın Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid hərbi qüvvələri vurması ilə bağlı məlumat yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə