ABŞ Koreya yarımadasına təyyarə gəmisi göndərib

ABŞ Koreya yarımadasına təyyarə gəmisi göndərib

ABŞ Koreya yarımadasına ikinci təyyarə gəmisini göndərib. Axar.az xəbər verir ki, "USS Ronald Reyqan" bölgədə olan "USS Karl Vinson" gəmisi ilə birgə hərbi təlim keçəcək. Vaşinqton bu addımı Şimali Koreyanın uğurlu keçdiyini elan etdiyi son raket sınağından dərhal sonra atıb.

ABŞ ordusundan verilən açıqlamada "USS Ronald Reyqan" Yaponiyanın Yokosuka bazasından Koreya yarımadasına doğru yola çıxdığı bildirilib. Bu haqda mətbuata açıqlama verən Vitse-admiral Çarlz Villiams gəminin qrupa uyğun bir şəkildə inteqrasıyasını təmin etməli olduqlarını bildirib. Qeyd edək ki, 332 metr uzunluğunda olan "USS Ronald Reyqan" təyyarə daşıyan gəmi 60 döyüş təyyarəsinə və 4.539 ekipaja malikdir. Dəyəri 8.5 milyard dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə