Macarıstan: "Brüssel Sorosa görə bizə savaş elan edib"

Macarıstan: "Brüssel Sorosa görə bizə savaş elan edib"

Avropa Birliyi amerikalı milyarder Corc Sorosun universitetinin bağlanılması cəhdinə görə Macarıstana qarşı sanksiyalar tətbiq etmək istəyir. Axar.az xəbər verir ki, bu barədə RT televiziyasına Macarıstan Baş naziri Viktor Orbanın mətbuat xidmətindən məlumat verilib.

"Brüssel bununla ölkəni Mərkəzi Avropa Universitetinin bağlanması fikrindən yayındırmaq istəyir. Üstəlik, Brüssel sanksiyalar hesabına bizim digər Avropa dövlətləri kimi miqrantlar qəbul etməyimizə çalışır. Brüssel bizə qarşı bütün cəbhələrdə hücuma keçib", – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə