Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Donld Tusk və Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı Komissiyasının sözçüsü Marqaritis Şinas mayın 19-da keçirdiyi gündəlik mətbuat konfransında bildirib.
Qeyd edək ki, mayın 25-də Brüsseldə NATO-nun yeni qərargahının açılışı olacaq. Açılışdan sonra yeni qərargahda ilk iclas keçiriləcək. Təşkilatın həmin toplantısında R.T.Ərdoğan da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB