Donald Tramp səyahət turuna çıxacaq

Donald Tramp səyahət turuna çıxacaq

ABŞ prezidenti Donald Tramp bu gün Yaxın Şərq və Avropa ölkələrinə səyahət turuna çıxacaq. Bu, onun prezidentlik vəzifəsində ilk xarici səfəridir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ liderinin mayın 20-də Səudiyyə Ərəbistanı paytaxtında Kral Salman bin Əbdüləziz əs-Səudla görüşü olacaq.

Növbəti gün ABŞ Prezidentinin Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının liderləri ilə görüşü planlaşdırılıb. Tramp mayın 21-də səhər 50-dən çox islam ölkəsi liderləri qarşısında nitqlə çıxış edəcək.

Trampın növbəti dayanacağı İsrail olacaq. O, mayın 22-də bu ölkəyə yollanacaq. ABŞ Prezidenti Qüdsdə İsrail Prezidenti Reuven Rivlinlə görüşəcək.

ABŞ Prezidenti mayın 27-də Vaşinqtona qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə