Slovakiyanın Jyar-nad-Qronom şəhəri yaxınlığında "Tatra-815" markalı yük maşının yoldan çıxaraq çaya düşməsi nəticəsində 16 hərbçi xəsarət alıb, onlardan 4 nəfərinin vəziyyəti ağırdır. Qəza meşə zolağında, hərbi hissənin ərazisində baş verib. Xəsarət alanlar bir neçə helokopterlə xəstəxanaya çatdırılıblar. Hadisənin səbəblərinin araşdırılması üçün Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB