ABŞ qırıcıları Əsəd ordusunu bombalayıb

ABŞ qırıcıları Əsəd ordusunu bombalayıb

ABŞ–ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid qüvvələri hədəf alıb. Bu barədə "Röyter" məlumat yayıb. Sözügedən xəbəri adı açıqlanmayan Pentaqon nümayəndəsi də təsdiq edib.

Əməliyyatla bağlı təfərrüatlı açıqlama verilməyib. Qeyd edək ki, ABŞ sonuncu dəfə Şayrat avibazasına raket hücumu təşkil etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə