XİN ABŞ-a sanksiya tətbiq edəcək

XİN ABŞ-a sanksiya tətbiq edəcək

İranın Xarici İşlər Nazirliyi bu gün ABŞ-ın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların tətbiq ediləcəyini bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, Vaşinqton tərəfindən dünən qəbul edilmiş oxşar tədbirlərə cavabdır.

İran XİN-nin məlumatında deyilir: "Sionist rejim tərəfindən işğal edilmiş ərazilərdə bəşəriyyətə qarşı törədilmiş cinayətlərdə birbaşa və ya dolayı iştirak yolu ilə insan hüquqlarının kobudcasına pozulmasında rol oynayan doqquz ABŞ fiziki şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq olunub".

Xatırladaq ki, dünən ABŞ Maliyyə Nazirliyi İranın raket proqramı və Suriyaya yardım göstərilməsinə dair sanksiya siyahısına üç fiziki şəxs və dörd şirkəti əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə