Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçiriblər. Axar.az xəbər verir ki, bu sözləri Polşa Hərbi Hava Qüvvələrinin sözçüsü Marek Kvyatek deyib. O bildirib ki, hadisə mayın 15-də baş verib: "F-16 pilotları naməlum təyyarənin uçuşu ilə bağlı həyəcan siqnalı aldılar. Əlaqə yaradılmasına baxmayaraq, naməlum pilot heç bir cavab vermədi. F-16-lar havaya qalxdı və naməlum təyyarənin Rusiyaya məxsus İl-20M olduğu müəyyənləşdi. Həmin təyyarə Kalininqrada uçurdu". Qeyd edək ki, məsələ ilə bağlı Rusiya tərəfi açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB