Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib. Reuters agentliyinin verdiyi xəbərə, hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb. Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB