Cənubi Koreya ABŞ-la yollarını ayırır?

Cənubi Koreya ABŞ-la yollarını ayırır?

Mümkün təhdidlərə qarşı ABŞ tərəfindən Koreya yarımadasına yerləşdirilən THAAD sistemini Vaşinqtona geri qaytara bilərik. Axar.az xəbər verir ki, bu sözləri Cənubi Koreyanın hakim Demokratik Partiyasının nümayəndəsi Vo Von Şik deyib. O bildirib ki, sözügedən sistemin ölkədə qalması üçün parlamentin qərarı önəmlidir: "Bu məsələni araşdırmalıyıq. Əgər hüquqi prosedurlar yerinə yetirilməyibsə, sistemin geri göndərilməsi gündəmə gələ bilər".

Qeyd edək ki, Cənubi Koreyanın yeni prezidenti Mun Jiin də THAAD sisteminə qarşı olduğunu söyləmişdi

Bütün xəbərlər Facebook səhifəmizdə