Yeni tərkibdə Fransa hökuməti

Yeni tərkibdə Fransa hökuməti

Yelisey sarayının baş katibi Aleksi Koler bu gün Fransa hökumətinin yeni tərkibini elan edib. TASS informasiya agentliyi xəbər verir ki, Lion şəhərinin meri Jerar Kolon Daxili İşlər Nazirliyinin başçısı olub. Müdafiə naziri postuna Avropa parlamentinin deputatı Silvi Qular, xarici işlər naziri vəzifəsinə isə sabiq müdafiə naziri Le Drian təyin edilib.

Fransanın yeni hökumətinin tərkibinə 18 nazir və 4 dövlət katibi daxildir. Yeni hökumətdə Jan-İv Lö Dryan Avropa və xarici işlər naziri, Fransua Bayru ədliyyə naziri, Brüno Lö Mer iqtisadiyyat naziri, Laura Flessel isə idman naziri vəzifələrini tutublar.

Ölkənin ərazi birliyi naziri Rişard Ferrand, daxili işlər naziri Jerard Kolomb, müdafiə naziri isə Silvi Qular təyin edilib.

Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə