"Ukraynanın Rusiya vətəndaşlarına tətbiq etdiyi sanksiyalar siyasi senzuradır"
Ukraynanın Rusiya vətəndaşlarına və mətbuatına tətbiq etdiyi sanksiyalar siyasi senzuranın bir nümunəsidir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Kiyev vətəndaşlarına nüfuz etmək üçün bütün vasitələrdən istifadə edir. Musiqi və ədəbiyyat qadağasından tutmuş, hərbi müdaxilələrə qədər. Yeni sanksiya qərarı siyasi motivləri özündə ehtiva edir. ABŞ və AB bu qərarlara qarşı səssizdir", - XİN sözçüsü bildirib.
Qeyd edək ki, Ukrayna hökuməti Rusiyanın bir neçə mediasının yayımını qadağan edib və sosial şəbəkəsini bloklayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB