İranda növbəti namizəd prezident postu uğrunda mübarizəni dayandırıb. APA-nın məlumatına görə, İran prezidentinin birinci müavini İshaq Cahangiri Prezident Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb.
Qeyd edək ki, ötən gün Prezident Ruhaninin əsas rəqiblərindən Məhəmməd Baqir Qalibaf İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürmüşdü.
İranda növbəti prezident seçkiləri 19 mayda keçiriləcək. İranın Seçkilər Təşkilatının açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Prezident seçkiləri 62 min səsvermə məntəqəsində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB