Suriya-İordaniya sərhədində partlayış olub

Suriya-İordaniya sərhədində partlayış olub

Suriya-İordaniya sərhədində, qaçqın düşərgəsi yaxınlığında güclü partlayış baş verib. APA-nın xəbərinə görə, bu barədə "Əl-Mayadin" telekanalı məlumat yayıb. İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində xeyli sayda ölən və yaralananlar var. Hadisənin təfərrüatları müəyyənləşdirilir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə