İŞİD-ə qarşı savaşan ingilis aktyor Rakkada uşaqlarla futbol oynayıb

İŞİD-ə qarşı savaşan ingilis aktyor Rakkada uşaqlarla futbol oynayıb

İŞİD-ə qarşı savaşmaq üçün Suriyada YPG-yə qoşulan ingilis aktyor Maykl Enrayt bu dəfə Rakkanın Tel Abyad mahalında görüntülənib. Axar.az xəbər verir ki, sənətçi əvvəl Tabka su anbarının yaxınlığında foto çəkdirib, daha sonra isə uşaqlarla futbol oynayıb.

Qeyd edək ki, amerikalı jurnalist Ceyms Follinin İŞİD-çilər tərəfindən öldürülməsindən sonra YPG-yə qoşulan Enrayt dünyaca məşhur aktyorlardan sayılır. 51 yaşlı aktyor "Karib dənizinin quldurları" və "Gecə-gündüz" filmlərində Coni Dep, Tom Kruz kimi aktyorların tərəf-müqabili olub.

Bütün xəbərlər Facebook səhifəmizdə