Hazırki Rusiya-ABŞ münasibətləri nə Vaşinqtonun, nə də beynəlxalq aləmin maraqlarına cavab verir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
"Çoxları bu münasibətlərin dünya üçün faydalı olmadığını bilir. Daha da dəqiqləşdirsək, deyə bilərik ki, bu əlaqələr beynəlxalq təhlükəsizlik üçün faydalı deyil. Əlaqələrin belə aşağı səviyyədə qalmasını istəmirik. Biz bu əlaqələri yoluna qoya bilərikmi? – Baxacağıq", - ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Ağ Evdə prezident Donald Tramp və həmkarı Tillersonla görüşmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB