Ukraynanı rus dünyasının bir hissəsi hesab edənlər ağıllarını itiriblər. "112 Ukrayna"nın məlumatında deyilir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Avropa Birliyi ilə vizasız rejimin ləğvi sadəcə sərhəd keçidinin sadələşdirilməsi deyil, eyni zamanda, xüsusi mahiyyət kəsb edən hadisədir: "Avropaya doğru atılmış bu nəhəng addım insan azadlığını və dövlət müstəqilliyimizi təsdiq edir".
Qeyd edək ki, bundan öncə Poroşenko Ukraynanın Avropa Birliyindən vizasız rejim əldə etməklə Rusiya imperiyasından boşanmasının rəsmiləşdiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB